Ev təsərrüfatı başçısının yaşı 30-dan az olan ailələr 2025-ci ildə istehlak xərclərinin cəmi 0,9%-ni təhsilə sərf ediblər. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Həmin ailələrin istehlak xərclərinin ən böyük hissəsi - 40,7%-i ərzaq məhsulları və alkoqolsuz içkilərə yönəlib.
Xərclərin 8,3%-i ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa, 7,6%-i restoran, kafe və mehmanxana xidmətlərinə sərf olunub.
Su, elektrik enerjisi, qaz və digər yanacaq xərcləri, eləcə də nəqliyyat xidmətləri istehlak xərclərinin hər biri üzrə 7,1% təşkil edib.
Geyim və ayaqqabıya 6,2%, səhiyyəyə 5,7%, rabitəyə 3,8% xərclənib.
Alkoqollu içkilər və tütün məmulatlarına çəkilən xərclərin payı isə 2,5% olub.