Braziliyada keçirilən prezident seçkilərində Luis İnasiu Lula da Silva yenidən qalib olub.
Bununla bağlı yerli KİV məlumat yayıb.
Bildirilib ki, Lula da Silva 51,76 faiz səs toplayaraq rəqibi, senator Flavio Bolsonaroya qalib gəlib. Bolsonaro isə seçicilərin 48,24 faizinin dəstəyini qazanıb.
Qeyd edək ki, bu, Braziliya tarixində ilk hadisədir ki, seçkilərin birinci turunda rəqibindən geri qalan namizəd ikinci turda qalib gəlir. Birinci turda Flavio Bolsonaro 47,03 faiz, Lula da Silva isə 45,16 faiz səs toplamışdı.