Oktyabrın 24-ü və 25-də Azərbaycanda qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, axtarışda olan ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışa verilən 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 2 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.