ABŞ Hərbi Dəniz Qüvvələri İranla qarşıdurma fonunda son altı ay ərzində Hörmüz boğazından 3 mindən çox ticarət gəmisinin təhlükəsiz keçidini təmin edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.
Komandanlığın məlumatına görə, yaydan bəri Hörmüz boğazı vasitəsilə təxminən 1,5 milyard barel neft daşınıb. CENTCOM qeyd edir ki, son aylarda Hörmüz boğazına istiqamətlənən kommersiya gəmilərinin 95 faizi insidentsiz şəkildə boğazdan keçib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı şərtlərinin pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqinin dayandırılacağına və sanksiyalar vasitəsilə ölkəyə iqtisadi təzyiq göstərilməsi strategiyasına keçiləcəyinə faktiki olaraq işarə edib.