Braziliyanın hazırkı Prezidenti Luiz İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda qalib gələrək daha bir müddət dövlət başçısı vəzifəsini icra etmək hüququ qazanıb.
Braziliya Ali Seçki Məhkəməsinin səslərin 97,69 faizinin hesablanmasından sonra açıqladığı məlumatlara əsasən, solçu İşçi Partiyasının lideri Lula da Silva 51,74 faiz səs toplayıb. Onun rəqibi, sağçı müxalifətin təmsilçisi senator Flavio Bolsonaro isə 48,26 faiz səs əldə edib.
Səslərin hesablanmasının həmin mərhələsində Lula da Silvanın qələbəsi riyazi olaraq təmin olunub. Beləliklə, qalan səslərin hesablanmasının seçkinin nəticəsini dəyişməsi mümkün deyil.
Məlumata görə, Lula da Silvanın yeni prezidentlik müddəti 2027-ci il yanvarın 1-də başlayacaq./ajans