“Ənsarallah” Səudiyyə Ərəbistanının neft obyektini vurdu

Yəmənin “Ənsarallah” Hərəkatı (husilər) Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla zərbə endirib.

Bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.

“Şərq və qərb istiqamətlərində xam neft nəql edən nasos stansiyalarına dronlarla zərbələr endirilib. Zərbələr dəqiq olub”, - o deyib.

Husilər Yəmənin Ədən və Ləhc əyalətlərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hərbi obyektlərinə ballistik raketlərlə zərbələr endirdiklərini də qeyd ediblər.