Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının İrana səfəri planlaşdırılır.
İRİB-ə istinadla, bu barədə İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Bagiri paylaşım edib.
Bagiri həmin rəsmilərin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşəcəyini də bildirib.
O, səfərin nə zaman reallaşacağı barədə məlumat verməyib.