Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Vaqif Əsədov uzun müddət sonra görüntülənib. Belə ki, toylardan birində lentə alınan görüntüdə Vaqif Əsədov səmimi davranışları və rəqsi ilə diqqət çəkib. Mətbuatda çox nadir hallarda görünən keçmiş rəisin rəqsi toydakıların marağına səbəb olub.
Moderator.az özəl görüntüləri sizə təqdim edir.
Qeyd edək ki, polis polkovniki Vaqif Əsədov daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar olaraq 2022-ci ildə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.