Bu gün İstanbul derbisi olacaq

Bu gün Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisi baş tutacaq.

"Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbağça"nı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək.

Oyunu FIFA referisi Atilla Karaoğlan idarə edəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" 19 xalla ikinci, "Fənərbağça" isə 16 xalla üçüncüdür.