Braziliyada prezident seçkisi başa çatıb.
Oktyabrın 25-də keçirilmiş ikinci turda dövlət başçısı, Əməkçilər Partiyasının qurucusu Luis İnasiu Lula da Silva 51,79 faiz, Liberal Partiyanın namizədi Flavio Bolsonaru 48,21 faiz səs alıb.
Oktyabrın 4-də, 12 iddiaçının qatıldığı ilk turda Flavio Bolsonaru 47,03 faiz, Luis İnasiu Lula da Silva 45,16 faiz səslə önə çıxmışdılar.
2003-2010-cu illərdə prezidentlik eləmiş Luis İnasiu Lula da Silva 2018-2019-cu illərdə korrupsiya ittihamı ilə həbsdə olub, 2021-ci ildə bəraət alıb, 2022-ci ildə yenidən dövlət başçısı seçilib.
Flavio Bolsonaru 2019-2023-cü illərdə prezident postunu tutmuş məhbus siyasətçi Jair Bolsonarunun oğludur. Jair Bolsonaru 2025-ci il noyabrın 22-də tutulub, dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.