Daha bir yunan-Roma güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala layiq görülüb.

77 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Moldova idmançısı Aleksandrin Qutuya 8:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin digər üzvü Eldəniz Əzizli 55 kiloqram çəki dərəcəsində İran güləşçisi Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.

Beləliklə, Azərbaycan güləşçiləri Astanada keçirilən dünya çempionatının ikinci günündə 2 qızıl medal qazanıblar.