Azərbaycanın Yunan-Roma güləşçisi Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu olub.
55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşündə iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.
İdmançı həlledici görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb. Bununla da Eldəniz Əzizli beşqat dünya çempionu olub.
Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.