Sənan Süleymanov dünya çempionu olub

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov turniri çempionu kimi başa vurub.

77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.

Qeyd edək ki, turnir noyabrın 1-də başa çatacaq.