Eldəniz Əzizli beşqat dünya çempionu oldu

Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Yarışın ikinci günündə bir güləşçimiz qızıl medal qazanıb, digər idmançımız isə final görüşünə çıxacaq.

55 kq çəki dərəcəsində dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.

77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.

Bundan başqa bu gün 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.

72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.