Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? - Foto

Azərbaycanda buğda istehsalına milyonlarla manat dövlət dəstəyi göstərilir, məhsuldarlıq artırılır, yeni subsidiya mexanizmləri tətbiq olunur. Buna baxmayaraq, ölkənin buğda idxalına ehtiyacı azalmaq əvəzinə artır. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 841.7 min ton buğda idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.8% çoxdur. Beş il ərzində buğda istehsalına 548 milyon manat əkin və məhsul subsidiyası ödənilib, 2025-ci ildə isə buğda üzrə özünütəminetmə səviyyəsi 55.4% təşkil edib. Bəs dövlət dəstəyi niyə idxaldan asılılığı azaltmağa kifayət etmir?