Çində güclü zəlzələ baş verib

Çinin qərbində yerləşən Tibet Muxtar Rayonunda 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 30 min nəfərin yaşadığı Naqçu dairəsindən 214 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.