Çinin Çinxay-Tibet bölgəsində zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Qeyd edilib ki, zəlzələ 5,9 bal gücündə olub.
Yeraltı təkanlar təxminən 30.000 əhalisi olan Naqçu şəhərindən 217 km və 118.000 əhalisi olan Lhasa şəhərindən 421 km məsafədə qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.