U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalında Azərbaycan millisi bu gün ikinci oyununa çıxacaq. Famil Xəlilovun rəhbərlik etdiyi komanda Avstraliya yığması ilə üz-üzə gələcək.Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Şərqi Timoru 6:0, ikinci matçında isə Andorranı 1:0 hesabı ilə məğlub edib.