Dünya çempionatı: Azərbaycan millisi 3-cü matçda UDUZDU - VİDEO

Azərbaycan millisinin Bakıda təşkil edilən FIFA U-15 dünya çempionatında növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Avstraliya seçməsi ilə qarşılaşıb. Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız bu gün keçirdiyi birinci görüşdə Andorraya minimal hesabla qalib gəlib - 1:0.

Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasını 6:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.