ABŞ-nin “LUCAS” pilotsuz uçuş aparatı İran Ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən Bəndər-Abbas şəhəri üstündə vurularaq məhv edilib.
Bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanatında bildirib.
"Ölkənin vahid milli hava hücumundan müdafiə şəbəkəsinə daxil olan ordu sistemləri tərəfindən Bəndər-Abbas səmasında ABŞ-nin bir ədəd "LUCAS" pilotsuz aparatı vurularaq məhv edilib", — deyə bəyanatda qeyd olunub.