İran ABŞ-yə İslam Respublikasının limanlarına qarşı Amerikanın blokadasını aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib.
Bu barədə "Report" "Al-Arabiya"ya istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, Tehran artıq bu təklifi Pakistan vasitəçiləri ilə Vaşinqtona çatdırıb. İran həmçinin Pakistana ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
İran tərəfi hələlik bu məlumatla bağlı şərh verməyib.