Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Belqradda Serbiyanın Respublika Seçki Komissiyasının sədri Vladimir Dimitriyeviçlə görüşüb.

Görüşün əsas müzakirə mövzusu oktyabrın 25-də Serbiyada baş tutacaq parlament seçkiləri olub.

Qeyd edək ki, Azərbaycan MSK-nın nümayəndə heyəti Belqrada bu gün səhər saatlarında gəlib.

Səfərin məqsədi növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirməkdir.

Nümayəndə heyətinin səfər proqramına uyğun olaraq MSK üzvləri Belqradda seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, oktyabrın 25-də isə seçki məntəqələrində səsvermənin təşkili və gedişini müşahidə edəcəklər.