Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefon danışığı aparıb.
Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazirlər Körfəz bölgəsindəki təhlükəsizlik vəziyyəti və davam edən danışıqlar prosesini müzakirə ediblər.