Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını medalsız başa vurub.

25 yaşlı idmançı təsəlliverici görüşdə Markus Raqqinqerə (Avstriya) uduzub.

Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.

Bu gün yunan-Roma güləşçilərindən Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) mübarizəyə başlayacaq.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.