İstanbul Vəkillər Kollegiyasının 128-ci ümumi iclasında əlbəyaxa dava düşüb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, davaya səbəb namizədlərin çıxışından sonra salonda LGBT bayrağının havaya qaldırılması olub. Beləliklə zaldakı gərginlik tez bir zamanda yumruqlu davaya çevirilib. Davadan sonra iclasa 15 dəqiqəlik fasilə verilib.
Tərəflər sakitləşdikdən sonra toplantı namizədlərin çıxışları ilə davam edib.