Türkiyədə avtomobil su kanalına aşıb, 6 nəfər ölüb

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda avtomobilin suvarma kanalına aşması nəticəsində 6 nəfər həyatını itirib.

"TRT Haber"ə istinadən, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb edilib.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.