Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib. Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputar Arzuxan Əlizadənin oğlu Əhməd də var.
Sfera.az bildirir ki, xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində qətlə yetirilən Ceyhun Əhmədin dostu olub.
Ceyhunun ölümünə səbəb olan bıçaq zərbələrini deputatın oğlu yox, Şəmkirdən olan Emin adlı şəxs və onun tanışı endirib.
Məlumata görə, tərəflərin mübahisəsi Ceyhunun oğluna qarşı edilən hərəkətə görə qarşı tərəfdən birinə şillə vurması olub. Nəticədə tərəflər mübahisəyə sözügdən kafedə aydınlıq gətirməyə toplaşıblar. Arzuxan Əlizadənin oğlu da dostu Ceyhunla birlikdə məsələni aydınlaşdırmaq üçün həmin məkanda olublar. Mübahisənin sonu isə qanla başa çatıb.
Qeyd edək ki, Əhməd Əlizadə daha öncə məhkumluq həyatı yaşayıb.
Fotoda Əhməd Əlizadə