Bakıda ilk dəfə təşkil olunan FİFA U-15 Dünya Çempionatı və festivalının açılış günü Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovla görüşməkdən məmnun oldum.
Bunu FİFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının açılışı ilə bağlı paylaşımında yazıb.
“Bu vacib gənclər turnirinin həyata keçirilməsində göstərdikləri sıx əməkdaşlığa və dəstəyə görə Baş nazirin müavininə və Azərbaycan dövlətinə səmimi təşəkkürümü bildirirəm”, - FİFA prezidenti qeyd edib.