Bakıda 2040-cı ilə kimi mərhələli şəkildə söküntü və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda proses paytaxtın bir neçə rayonunu əhatə edir. Burada məqsəd yalnız köhnə yaşayış fondunu yeniləmək deyil, həm də şəhərin nəqliyyat və infrastruktur problemlərinin həllinə şərait yaratmaqdır.Hansı binalar sökülməlidir? Mövzu ilə bağlı Plat.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin (AQC) sədri Vüqar Orucun sözlərinə görə, söküntü ilə bağlı qərarlarda əsas götürülməli olan amil binanın neçə il əvvəl tikilməsi yox, hazırkı texniki vəziyyətidir.O bildirib ki, istismar müddətini başa vurmuş, daşıyıcı konstruksiyalarında ciddi aşınma və zədələnmə yaranmış, sakinlərin təhlükəsizliyi üçün risk daşıyan binalara üstünlük verilməlidir:"Bəzi köhnə binalar texniki baxımdan hələ də yararlı ola bilər. Ona görə də hər bir tikilinin gələcək istismar imkanları mühəndis-texniki müayinənin nəticələrinə əsasən müəyyənləşdirilməlidir.Bu ərazilərdə binalar söküləcəkNəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur. Bu proses Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edir. Bundan başqa, Sabunçu, Binəqədi və Suraxanı rayonlarında ümumilikdə 150-dək binanın sökülməsi planlaşdırılır. Həmin binaların bir qismində işlərə başlanılıb, digərlərində isə hazırlıq, inventarlaşdırma və qiymətləndirmə tədbirləri aparılır.Binəqədi rayonunda 1-ci, 2-ci və 3-cü Mədən küçələri, Ağa Nemətulla, Bağ və Ağasadıq Gəraybəyli küçələri, Nərimanov rayonunda Nazim Hacıyev küçəsi, Yasamalda Yeni Yasamal massivinin bəzi hissələri, Nəsimidə Mirəli Qaşqay küçəsi, Xətai rayonunda Oksigen və Nəsrəddin Tusi küçələri, Səbaildə isə Salman Mümtaz küçəsi yenilənmə və söküntü layihələri ilə bağlı adı çəkilən ünvanlardandır. Bununla belə, bu ərazilərin hamısında söküntünün başladığını demək olmaz. Bəzi ünvanlarda hələ layihələndirmə və hazırlıq mərhələsi davam edir".Paytaxtda qəzalı binalar var... AQC sədri hesab edir ki, söküntü zamanı ilk növbədə qəzalı və insanların həyatı üçün təhlükə yaradan binalar diqqət mərkəzində olmalıdır:"Eyni zamanda, texniki cəhətdən bərpası mümkün olmayan və ya iqtisadi baxımdan məqsədəuyğun sayılmayan tikililər də növbəti mərhələdə nəzərdən keçirilə bilər. Şəhərin Baş Planında yeni yolların, nəqliyyat xətlərinin, kommunal və sosial infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulan ərazilərdəki tikililərin taleyi də həmin layihələrin zəruriliyinə uyğun müəyyənləşdirilməlidir. Kompleks yenilənməyə ehtiyacı olan, şəhərin memarlıq görünüşünə və yaşayış keyfiyyətinə mənfi təsir göstərən məhəllələr də bu prosesdən kənarda qalmamalıdır.Qəzalı binanın sökülməsi ilə şəhərsalma layihəsi çərçivəsində bütöv bir ərazinin yenidən qurulması eyni məsələ deyil. Birinci halda əsas götürülən binanın texniki vəziyyəti və təhlükəsizliklə bağlı rəylərdir. İkinci halda isə layihənin şəhər üçün əhəmiyyəti, infrastruktur ehtiyacları və mülkiyyətçilərin hüquqları birlikdə qiymətləndirilməlidir"."Kompensasiya bazara adekvat olmalıdır"Müsahibimiz vurğulayıb ki, söküntü ilə bağlı ən həssas məsələlərdən biri kompensasiyadır:"Mənzilin dəyəri müəyyənləşdirilərkən yalnız onun sahəsinə əsaslanmaq düzgün deyil. Mənzilin yerləşdiyi ərazi, ətraf infrastruktur, binanın texniki vəziyyəti və daşınmaz əmlak bazarındakı real qiymətlər də nəzərə alınmalıdır. Eyni sahəyə malik iki mənzilin bazar dəyəri fərqli ola bilər. Məsələn, şəhərin mərkəzində yerləşən mənzillə kənar yaşayış massivindəki mənzili yalnız kvadratmetrinə görə eyni qiymətləndirmək olmaz. Əmlakın yerləşdiyi yer və bazardakı tələb onun dəyərinə birbaşa təsir edir. Buna görə kompensasiya hesablanarkən müstəqil və əsaslandırılmış qiymətləndirmə aparılmalıdır".O qeyd edib ki, mülkiyyətçiyə təklif olunan kompensasiya əmlakın real bazar dəyərini əks etdirməlidir:"Söküntü layihəsinin şərtlərindən asılı olaraq, vətəndaşa pul kompensasiyası və ya yeni tikilidən mənzil təklif oluna bilər. Əsas məsələ odur ki, hər iki halda mülkiyyətçinin maraqları qorunsun, qiymətləndirmənin nəticələri əsaslandırılsın və tərəflər arasında razılaşma şəffaf şəkildə həyata keçirilsin.Bina tikilərkən ətraf ərazilər nəzərə alınmalıdır...Yeni tikililərin inşası zamanı infrastruktur məsələsi də önəmlidir. Hər hansı ərazidə 50 və ya 100 yaşayış binasının yenilənməsi həmin ərazidə əhalinin sayının və gündəlik yükün artması deməkdir. Buna uyğun olaraq yolların, parklanma yerlərinin, məktəblərin, uşaq bağçalarının, yaşıllıq sahələrinin və kommunal şəbəkələrin imkanları da əvvəlcədən hesablanmalıdır.Bəzən köhnə binaların yerində daha çoxmənzilli və hündürmərtəbəli tikililər inşa olunur. Lakin yeni mənzillərin sayı artırsa, həmin ərazinin infrastrukturu da buna uyğun inkişaf etməlidir. Əks halda, bu gün mövcud olan sıxlıq və parklanma problemləri daha da dərinləşə bilər"."Bakının yenilənməsi zəruridir, lakin bu prosesin nəticəsi təkcə yeni binaların tikilməsi ilə ölçülməməlidir. Şəhər sakinləri daha təhlükəsiz mənzillərlə yanaşı, rahat yollar, əlçatan sosial obyektlər və normal yaşayış mühiti də əldə etməlidirlər. Söküntü və yenidənqurma işlərində mülkiyyət hüquqlarının qorunması, əmlakın ədalətli qiymətləndirilməsi və şəhər infrastrukturunun inkişafı bir-birini tamamlayan məsələlər kimi nəzərə alınmalıdır", - deyə V.Oruc əlavə edib.
Bu gün
2312 xəbər bu gün
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar.
Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən 11 mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata…
Bazar günü premyer-liqanın 9-cu turunda “Sabah” “Qarabağ”ı qəbul edəcək. Turun mərkəzi oyunu “bayquşlar”ın yeni stadionunda – “Sabah Arena”da keçiriləcək. Ötən mövsüm “köhlən atlar”ın çempionluq seriyasına son qoyan…
Astroloqların proqnozlarına görə, bəzi bürclərin maddi uğuru gənc yaşlardan deyil, illər ərzində qazandıqları təcrübə və zəhmət nəticəsində gəlir.Səbirli, intizamlı və planlı davranan dörd bürcün nümayəndələri…
Bu gün Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Paytaxt sakini, 31 yaşlı Kamran Daşdəmirov dələduzluğa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, etibarından sui-istifadə edən şəxs bibisi oğlu Elmar Rüstəmovdur.
Bakıda kafedə kütləvi dava zamanı “Ceyhun Sabunçu”nun ölümündə şübhəli bilinən MMA idmançısı Elmar Cəfərov saxlanılıb. News24.az Elmar Cəfərovun fotolarını təqdim edir./unikal.az “Ceyhun Sabunçu”nun qətlində şübhəli…
Fransada qiymət artımına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən etiraz aksiyalarında ölkə üzrə 410 min nəfər iştirak edib. Bu barədə BFMTV telekanalı Daxili İşlər Nazirliyinin məlumatlarına…
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər. Canni İnfantino dövlət başçısına…
Amerikalı milyarder İlon Mask Ukrayna hərbçilərinin Rusiyaya qarşı dron hücumlarında Starlink peyk rabitə sistemindən istifadəsini məhdudlaşdırdığını açıqlayıb. Mask bu barədə sosial şəbəkədəki paylaşımında bildirib ki…
Alimlər insan orqanizminin daxilində DNT-ni dəqiq redaktə etmək texnologiyasını ilk dəfə klinik sınaqda tətbiq ediblər. Tədqiqatçılar nadir irsi xəstəlik olan Vilson xəstəliyinin müalicəsi istiqamətində yeni üsuldan…
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər. Canni İnfantino dövlət başçısına…
İtaliyanın bir neçə şəhərində hökumət siyasətinə, yüksək yanacaq qiymətlərinə və inflyasiyaya qarşı etiraz aksiyaları keçirilib. Turin, Bolonya və Florensiyada polislə toqquşmalar qeydə alınıb. Romada İtaliyanın davam…
Tovuzda piyadanı maşın vurub. Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Yolu keçmək istəyən şəxsi avtomobil vurub. 1980-ci il təvəllüdlü Asif Ələsgərovun vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə yol polisi…
Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astana keçirilən dünya çempionatında finala vəsiqə qazanıb. Yarışın ilk günündə mübarizəyə qoşulan idmançılarda Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77…
"Tottenhem" İngiltərə Premyer Liqasının (İPL) səkkizinci turu çərçivəsində London derbisində "Çelsi"ni məğlub edib. Redaktor.az xəbər verir ki, "Stemford Bric"dəki görüş 2:0 hesabı ilə başa çatıb. 77-ci dəqiqədə...
Bəzi kolleclərin profilinə uyğun olaraq ali təhsil müəssisələrinin tərkibinə verilməsi, bir qisminin isə fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Paytaxt sakini, 31 yaşlı Kamran Daşdəmirov dələduzluğa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, etibarından sui-istifadə edən şəxs bibisi oğlu Elmar Rüstəmovdur. Baku TV-yə istinadən, şikayətçinin iddiasına görə…
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti…
Moderator.az-ın Pərvin Şakirqızı ilə "Rəsmilərin mövqeyi" rubrikasının növbəti müsahibəsini təqdim edirik. Bu dəfə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq…
İtaliyanın bir sıra şəhərlərində hökumətin siyasətinə, yanacağın bahalaşmasına, inflyasiyaya və müharibə iqtisadiyyatına qarşı etiraz aksiyaları keçirilib. Turin, Bolonya və Florensiyada…
Bakıda standartlara cavab verməyən və kifayət qədər ucuz təklif olunan evlər var. Bunu Əmlak məsələlri üzrə ekspert Ramil Osmanlı deyib.Onun sözlərinə görə əmlak eksperti Ramil Osmanlı bildirib ki, Bakı şəhərində…
Paytaxt sakini, 31 yaşlı Kamran Daşdəmirov dələduzluğa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, etibarından sui-istifadə edən şəxs bibisi oğlu Elmar Rüstəmovdur.
Американская независимая информационно-аналитическая платформа Maskomania News, базирующаяся в Калифорнии и освещающая вопросы международных отношений, геополитики и культуры, открыла отдельную литературную рубрику…
Müğənni
Nümayiş
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər. Bu barədə yerli KİV-lər…
Premyer-liqanın 9-cu turunda “Neftçi” doğma meydanda “Turan Tovuz”la heç-heçə edib – 1:1. Matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransı keçirib. – Oyunun gedişatını, qırmızı vərəqə ilə azlıqda…
Fransada qiymətlərin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən nümayişlərdə 410 min nəfər iştirak edib. Ən böyük etiraz aksiyası Parisdə keçirilib. Parisdə və ölkənin bir sıra…
"Tottenhem" İngiltərə Premyer Liqasının (İPL) səkkizinci turu çərçivəsində London derbisində "Çelsi"ni məğlub edib. "Stemford Bric"dəki görüş 2:0 hesabı ilə başa çatıb. 77-ci dəqiqədə "Çelsi"nin qapıçısı Mayk Penders öz…
Fransanın hüquq-mühafizə orqanları qiymət artımına qarşı etiraz aksiyaları zamanı yaranan iğtişaşların yatırılması gedişində minə yaxın adamı saxlayıb. BFMTV-yə istinadən, bu barədə ölkənin daxili işlər naziri Loran…
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov komandanın hədəflərindən danışıb. Mütəxəssis Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub…
Xırdalanda hər gün müşahidə olunan ağır tıxaclar daşınmaz əmlak bazarına birbaşa təsir göstərməyə başlayıb. Yollarda saatlarla vaxt itirməkdən bezən sakinlər evlərini sataraq paytaxta daha yaxın ərazilərə köçməyə can…
İsrailin Baş naziri Benyamin Netanyahu İrana yeni zərbə endirilməsi ehtimalını şərh etməkdən imtina edib. Bu barədə videogörüntülər yayılıb. Teleaparıcının belə bir zərbə planlaşdırılması haqqında sualına o, belə cavab…
Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop köməkçisi Yeganə Fərəcova ilə nişanlanıb. Bir müddətdir nişanlı olan cütlüyün toy mərasiminin tarix hələ ki, məlum deyil. Rəcəb Öztop Gəncədə Baş konsul vəzifəsinə 1 yanvar…
Türkiyəli müğənni İbrahim Tatlısesin 2011-ci ildə silahlı hücumdan sonra xəstəxanada müalicə aldığı dövrlə bağlı maraqlı açıqlama verilib. Aktyor və rejissor Sermiyan Midyat bu barədə "Hakan Bilgin ile Sana Dair"…
Bəzən bədən yorğun olsa da, düşüncələr insanın rahatlanmasına və yuxuya getməsinə mane olur. Belə hallarda nəfəsə fokuslanan “4-7-8” texnikasının rahatlamağa kömək etdiyi bildirilir. Sfera.az bildirir ki, metodun…
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefon danışığı aparıb. Türkiyə KİV-ə istinadən xəbər verir...
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Azərbaycan...
Yəmən üsyançı Ənsar Allah (husilər) hərəkatı Səudiyyə Ərəbistanının neft və qaz şirkəti
Fransada qiymətlərin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən nümayişlərdə 410 min nəfər iştirak edib.
İngiltərə Premyer Liqasının VIII turunda "Tottenhem" səfərdə "Çelsi"ni 0:2 hesabı ilə məğlub edib. "Stemford Bric" stadionunda keçirilən qarşılaşmada hesab 77-ci dəqiqədə açılıb. "Çelsi"nin qapıçısı Mayk Penders künc…
Sumqayıt şəhərində "Stansiya Sumqayıt" adlanan ərazidə su fontan vurub.
МИД Узбекистана выразил протест Ирану из-за публикации, в которой Самарканд назвали частью «персидской цивилизации и архитектуры», и потребовал удалить ее из соцсетей. Об этом сообщает...
Евросоюз намерен добиться более весомой роли в переговорах о завершении конфликта России и Украины и не исключает прямого контакта с Москвой, пишет Euronews. «Сейчас есть...