Severobaykalsk şəhərində (Buryatiya Respublikası) VAZ markalı avtomobili idarə edən 27 yaşlı qadın sürücü Leninqrad prospektində üç piyadanı vurub.
Rusiya mətbuatına istinadən, Leninqrad prospekti ilə dəmir yolu vağzalı istiqamətində hərəkət edən avtonobil piyada keçidinin yaxınlığında, yüksək sürətlə hərəkət edərək yolu keçən insanları vurub.
1976, 1989 və 1990-cı il təvəllüdlü üç nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Hazırda Dövlət Yol Müfəttişliyi hadisə ilə bağlı araşdırma aparır.