Pişiyi xilas etmək istəyən müəllim canından oldu - Video

Türkiyədə köməksiz vəziyyətdə qalan pişiyi xilas etmək istəyən 45 yaşlı müəllim həyatını itirib.

Bizim.Media-ya istinadla, hadisə Bursa Vilayətinin Osmangazi rayonunda qeydə alınıb.

Belə ki, müəllim Şahin T. pişik balasını xilas etmək istəyərkən 3-cü mərtəbənin eyvanındakı dəmir məhəccər qırılıb. Nəticədə o yerə çırpılıb.

Müəllim dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.