“Qızıl top”un keçmiş rəhbəri: “France Football”da saxta reytinqlər qoymuşam

“Qızıl top” mükafatının keçmiş rəhbəri Paskal Ferre qayda dəyişikliyi barədə danışıb.

Məlum olduğu kimi, 2024-cü ildən başlayaraq təşkilatçılar sona qədər gərginliyi qoruyub saxlayırlar. Əvvəllər ” Qızıl top” mükafatının sahibi qələbəsi barədə əvvəlcədən məlumatlandırılır, müsahibələr verir və fotosessiyada iştirak edirdi.

Ferrenin sözlərini “The Touchline” sitat gətirib:

“2024-cü ildən bəri qalibə mərasimdən əvvəl məlumat verilmir və bütün namizədlərə bərabər münasibət göstərilir.

Messi və Ronaldo dövründən sonra qaydaları dəyişdirdik.

Nəticənin gizli saxlanılmasını asanlaşdırmaq üçün qalibin adının sona qədər gizli qalmasına qərar verildi.

Qalibin adını necə gizli saxlayırsınız? Düşünürəm ki, onu gizli saxlamağın ən yaxşı yolu, mümkün qədər az insanın bilməsidir. Həmçinin hiylə və fəndlər də var. Mənim öz hiyləm sosial mediada şayiələri qızışdırmaq üçün “France Football” redaksiyasında saxta reytinqlər qoymaq idi. Bu, məni həmişə gülümsədirdi. Hazırda qalibin adını beş nəfərdən çox adam bilmir”.