Daxili İşlər Nazirliyi ölkə üzrə sutkalıq cinayətkarlıq statistikasını açıqlayıb

Azərbaycan hüquq-mühafizə orqanları oktyabrın 23-də ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 50 nəfəri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

DİN-in məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 14, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanması üzrə 5 fakt müəyyən edilib.

Bundan əlavə, polis əməkdaşları tərəfindən dələduzluq əməllərinə görə axtarışda olan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.