Ata və oğul 20 ay arayla Məkkədə vəfat etdilər

Türkiyədə ata və oğlu Məkkə ziyarətində dünyasını dəyişiblər.

Türkiyə mətbuatına istinadən, Antalya şəhərində yaşayan Əli Gökmən, ötən il fevralın 18-də oğlu Turan Gökmən ilə birlikdə Ümrə ziyarətinə gedibmiş. Orada Turan Gökmən qəfil xəstələnərək vəfat edib.

Əli Gökmen oğlunu Məkkə şəhərində dəfn edərək vətənə qayıdıb.

Bu il yenidən Ümrə ziyarətinə yollanıb. Dünən oğlunun məzarını ziyarət edərkən eynilə oğlu kimi qəfil xəstələnərək dünyasını dəyişib.

Təxminən 20 ay sonra oğlu ilə eyni taleyi yaşayan Əli Gökmenin bu gün Məkkədə dəfn ediləcəyi bildirilir.