ABŞ İrana bu həftəsonu zərbə endirə bilər.
Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak bildirib. O, sosial media fenomeni Mario Naufala müsahibəsində belə bir hücumun “tamamilə mümkün” olduğunu deyib.
Bununla belə, Barrak ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə etməyə hazır olduğunu və tərəflər arasında danışıqların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ ilə İran arasında danışıqlar dalana dirənib. Tramp Tehranla bağlı tezliklə qərar verəcəyini, həm diplomatik, həm də sərt addımların mümkün olduğunu bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə İran hakimiyyətinin devrilməsini Tehrandan qaynaqlanan təhlükəni aradan qaldırmağın yeganə yolu adlandırıb.