Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib. Fərhad Xəlilovu təbrik edən Prezident İlham Əliyev dedi:- Hörmətli Fərhad müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.Siz uzun illər öz sənətinizlə xalqımızı sevindirirsiniz, cəmiyyətdə böyük rəğbət qazanmısınız. Əsərləriniz dünyanın müxtəlif yerlərində nümayiş olunur. Siz Azərbaycanın gözəlliyini təsvir edirsiniz, ölkəmizi dünyada tanıdırsınız. Buna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə müstəqillik illərində Azərbaycanın müasir ölkə, istedadlarla zəngin ölkə kimi tanıdılmasında sizin böyük rolunuz vardır. Eyni zamanda, siz gənc rəssamları yetişdirərək yeni nəsil rəssamlar yetişdirmisiniz. Onlar da sizin əsərlərinizdən ilhamlanıb öz istedadlarını göstərirlər.Bir də 40 ilə yaxındır ki, Rəssamlar İttifaqının sədri kimi böyük fəaliyyət göstərirsiniz. Ölkəmizin ictimai həyatında da çox fəalsınız. Bütün məsələlərlə bağlı sizin çox gözəl vətəndaşlıq mövqeyiniz var, bunu da xalqımız yaxşı bilir. Sizi tanıyanlar həm sizə böyük hörmət bəsləyirlər, həm də ən xoş fikirlər ifadə edirlər, o cümlədən də mən. Biz sizinlə 50 ildən çoxdur ki, tanışıq və bu illər ərzində həmişə görüşəndə xoş hisslər keçiririk. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz bir neçə yüksək dövlət ordenləri ilə təltif olunmusunuz - "Şöhrət", "Şərəf", 1-ci dərəcəli "Əmək" ordenləri ilə. Bu gün isə yubileyiniz ərəfəsində mən sizi dövlətimizin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif edirəm. İcazə verin, bu ordeni sizə təqdim edim.Dövlətimizin başçısı "İstiqlal" ordenini Fərhad Xəlilova təqdim etdi.Prezident İlham Əliyev: Təbrik edirəm.Fərhad Xəlilov: Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam.Prezident İlham Əliyev: Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz.Sonra çıxış edən Fərhad Xəlilov dedi: "Cənab Prezident, icazə verin, mənə verilən bu qiymətə, dövlətimizin qiymətinə görə Sizə dərin təşəkkürümü bildirim. Təşəkkür edirəm. Doğrudan da həyatımda çalışmışam ölkəmizə sədaqətli olum, əlimdən gələni edim, bundan sonra da edəcəyəm. Fürsətdən istifadə edərək deyirəm ki, xeyli vaxtdır görüşmürük. Ona görə də lap səmimi deyirəm, bir az darıxmışam. Amma fürsətdən istifadə edərək, hərdən Sizə yazıram. Amma bu gün burada Sizə demək istəyirəm ki, Azərbaycan qısa zamanda bütün dünyaya sübut etdi ki, onunla hesablaşmaq lazımdır. Bu, doğrudan fantastik bir məsələdir. Ona görə ki, hələ bir neçə müddət bundan qabaq Azərbaycanı tanımırdılar, harada olduğunu bilmirdilər".Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiyini, dövlətimizin başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Xalq rəssamı dedi: "44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağıla sığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hər zaman - lap gənc vaxtınızdan Sizinlə məşğul olurdu.Sizin şəxsiyyətinizə olan məhəbbətim hədsizdir. Ona görə də mən Sizə cansağlığı arzu edirəm. Siz çox gözəl görünürsünüz. Əsas müttəfiqiniz Mehriban xanımdır. Sizin bir yerdə olmağınız, bir-birinizi tamamlayan bu tandem doğrudan da təbiətdən gələn bir məsələdir. Sizə, gözəl övladlarınıza cansağlığı arzulayıram".Leyla Əliyevanın yaradıcılığından da söz açan, onun əsərlərinin böyük maraqla qarşılandığını bildirən Fərhad Xəlilov dedi: "Biz Leyla xanımla Aşqabadda idik, orada səmimi dedim ki, mənim ən çox xoşuma gələn işlər bunlardır. O, doğrudan da çox gözəl əsərlər yaradır. Leyla xanım orada çıxış etdi, məhəbbət haqqında, sevgi haqqında çox gözəl, sadə danışdı. Fantastik danışdı! Əsərlərini də göstərdi. Arzu xanıma, Heydərə cansağlığı, uğurlar. Mən bu gün Sizinlə görüşümə çox şadam ki, sizi belə gümrah, belə yaxşı formada görürəm".Prezident İlham Əliyev: Çox sağ ol, Fərhad müəllim. Xoş sözlərə görə təşəkkür edirəm. Siz Ulu Öndər haqqında danışdınız. Əlbəttə ki, o, mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim. Onu da bildirməliyəm ki, bizim atalarımız da uzun illər bir yerdə işləyiblər, həm Azərbaycanda o vaxt rəhbərlik səviyyəsində təmsil olunublar, - demək olar ki, üç rəhbərdən ikisi elə onlar idi, - həm də onların arasında çox səmimi dostluq əlaqələri var idi. Siz də bunu xatırlayırsınız, mən də. Mən o vaxt yeniyetmə idim, siz isə gənc rəssam idiniz. Bax, bu ənənələr bizi yaşadır. Böyük rəhbərlərimizə sədaqət, onların işini davam etdirmək böyük şərəfdir. Əminəm ki, onların ruhları şaddır bu gün. Azərbaycan azaddır, torpaqlarımız işğaldan tam azad olunub. Onların övladları da hərəsi öz sahəsində böyük zirvələrə çatıblar. Deyə bilərəm ki, hərə öz sahəsində ən yüksək zirvədədir. Ona görə bizi sizinlə böyük tarix bağlayır - ailə münasibətləri, həmişə xoş münasibət, qarşılıqlı hörmət. Müxtəlif dövrlərdən asılı olmayaraq, bu, çox böyük bir sərvətdir. Sizi mən ürəkdən sevirəm. Sizə həmişə böyük hörmətlə yanaşmışam, böyük sənətkar kimi, gözəl insan kimi və öz mövqeyini ifadə edən, onu müdafiə edə bilən bir şəxsiyyət kimi. Ona görə sizə də cansağlığı. Siz də, maşallah, çox yaxşı görünürsünüz. Arzu edirəm ki, həmişə belə gümrah, həmişə, necə deyərlər, gözəl bir insan və gözəl sənətkar kimi xalqımızı bundan sonra da sənətinizlə sevindirəsiniz.Fərhad Xəlilov: Çox sağ olun.
Bu gün
3441 xəbər bu gün
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1948-1953-cü illərdə sakinlərinin deportasiyası nəticəsində boşalmış Ərinc Azərbaycan kəndinin tarixi haqqında araşdırma dərc olunub. Bu…
Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə…
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə "Starlink" 161 km/saat sürətə çatdıqda əvvəlki kimi sönür. "RBK-Ukrayna"ya istinadən, Ukrayna lideri bunu Vaşinqtondakı "Hudson Institute"da onlayn çıxışı zamanı…
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib. Görüş barədə partiyanın “X” sosial media hesabında video paylaşılıb. Azerbaycan…
23 oktyabr 2026-cı il tarixində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək çatışmazlığının təsnifatı və müalicəsində yeniliklər mövzusunda elmi seminar keçirilib. Seminara İnstitutun direktoru…
Bakı-Qazax magistral yolunun Qazax rayonundan keçən hissəsində yük avtomobilində yanğın baş verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, İstanbulda keçirilən regional "R4" və "R4+E3" nazirlər toplantısından sonra təşkil edilən mətbuat konfransında mühüm bəyanatlarla çıxış edib. O, beynəlxalq birliyin İrana…
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə…
ABŞ İranla müharibəni tez başa çatdıra bilər, həmçinin bütün İran neftini götürə bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin yanında jurnalistlərə bəyan edib. "Biz İranla müharibəni çox tez başa çatdıra…
Çilinin şimalında təxminən 4,8 metr uzunluğunda qəribə bir balıq aşkar edilib. Xalq inancına görə, o, təbii fəlakətlərin xəbərçisi hesab olunur. Xarici mediaya istinadən, Çili sahillərində nadir bir dərin dəniz balığı…
Kafe və restoranlarda pulsuz internet: Rahatlıq, yoxsa kibertəhlükə?Kafe və restoranlarda, hava limanlarında, hotellərdə və digər ictimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrindən istifadə etmək bir çox insan üçün adi hala…
Norveçdə bəzi insanlar hətta qış aylarında belə yataq otağının pəncərəsini gecə boyunca açıq saxlayırlar. Tədqiqatçılar bu vərdişin əsas səbəblərinin otağın havasını təzələmək və sərin mühitdə yatmaq istəyi olduğunu…
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib. Bu barədə partiyanın "X" sosial şəbəkə hesabında…
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın əvvəlində nəzərdə tutulan Rusiya və ABŞ nümayəndələri ilə üçtərəfli görüşün planlarını təsdiqləyib.
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində şəhərlərarası avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 22 nəfər yaralanıb.
Azərbaycanda zeytun yığımı mövsümü davam edir. Elə bu ərəfədə Dənizkənarı Milli Parkda Zeytun Festivalına start verilib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.
Göygöl rayonunda ustanın təmir etdiyi evdə meyiti aşkarlanıb.
Sosial şəbəkələrdə Azərbaycanın Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. İddialara görə, "Azpetrol" istisna olmaqla…
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub.
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol 2027-ci ildə enerji böhranının normallaşacağına dair nikbin olmadığını deyib. Fatih Birol hazırda dünyanın əsas gündəm mövzusunun Hörmüz boğazında…
İran hazırda çox şey etməyə qadir deyil. Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “İstəsək, onun bütün neftini, hətta bütün ölkəni ələ keçirə bilərik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə…
Almaniya hökuməti beynəlxalq öhdəlikləri çərçivəsində strateji neft ehtiyatlarının əlavə hissəsini bazara çıxaracaq. Bu addım G7 ölkələrinin qərarına uyğun olaraq atılır. Ölkə Beynəlxalq Enerji Agentliyinin müəyyən…
Он был задержан в конце августа в рамках масштабного дела о коррупции, взятках и превышении полномочий.
Посол США в Турции Том Баррак не исключил, что Вашингтон может нанести удар по Ирану уже в предстоящие выходные. По словам дипломата, президент США Дональд...
Almaniya hökuməti beynəlxalq öhdəlikləri çərçivəsində strateji neft ehtiyatlarının əlavə hissəsini bazara çıxaracaq. AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu addım G7 ölkələrinin qərarına uyğun olaraq atılır.
Срок ареста второго президента Армении Роберта Кочаряна продлён ещё на два месяца. Как передает Day.Az со ссылкой на армянские СМИ, соответствующее решение принял Антикоррупционный суд Армении. Адвокат Кочаряна сообщил…
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib. Bu barədə partiyanın "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Тарзан Ровшан Гурбанов и исполнительница мугама Равана Гурбанова представляют Азербайджан на 5-м Международном фестивале AngoJazz, который проходит в столице Анголы Луанде. Он организован при участии и поддержке BA…
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla müharibəni qısa müddətdə başa çatdıra biləcəyini, lakin münaqişəni tez bitirmək, yoxsa onun tədricən səngiməsinə imkan vermək arasında seçim etməli olduqlarını bildirib…
Аромат оливок, разнообразие местной продукции, живая музыка и праздничная атмосфера под открытым небом - на территории Приморского национального парка в Баку стартовал Фестиваль оливок, который продлится с 23 по 25…
По оценкам исследований, более 50 тысяч человек погибли в Европе в результате рекордных аномальных температур этим летом.
Antonio Koşta
Azərbaycan səfiri
NATO-nun Qara dənizdə təhlükəsizlik tədbirlərini gücləndirmək qərarı Türkiyənin regionda artan hərbi fəallıq, Rusiya ilə münasibətlər və mümkün qarşıdurma riskləri fonunda atacağı addımları yenidən gündəmə gətirib…
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı…
Jurnalistlər “Apple” şirkətinin qatlanan smartfonu “iPhone Duo”nun bəzi çatışmazlıqlarını aşkarlayıblar. Sfera.az xəbər verir ki, "MacRumors" nəşrinin məlumatına görə, əsas narazılıqlar Face ID üz tanıma sisteminin…
Qazax rayonunda yük avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə…
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində şəhərlərarası avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 22 nəfər yaralanıb.ONN media xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə…
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, yarış 2027-ci il fevralın 19-21-də Şahdağda təşkil olunacaq.Üç…
"İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası" təsdiq edilib.ONN media xəbər verir ki, bununla bağlı Baş…
Qazaxda yük avtomobili yanıb.ONN media xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Nəsrəddin Mehdiyevin…
Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi…