Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2026-cı ilin 23 oktyabrında Qax şəhərində, Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin binasında Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirin qəbul etdiyi rayon sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.