Tramp bu dəfə Atlantik okeanının adını dəyişir

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını bazar ertəsi "Amerika" okeanı adına dəyişdirmək qərarına gəlib.

"The Guardian" nəşrinin məlumatına görə, bu barədə Amerika lideri Ayova ştatında seçkiqabağı mitinq zamanı bildirib.

“Xanımlar və cənablar, bazar ertəsi səhər Atlantik okeanının adını Amerika okeanı olaraq dəyişdirəcəyimizi elan etməkdən məmnunam”, – deyə o bildirib.

“The Guardian” qəzetinin məlumatına görə, bundan əvvəl “Google” şirkətinin baş direktoru Sundar Piçai Amerika prezidentinin okeanın adının xəritələrdə dəyişdirilməsi ilə bağlı xahişini rədd edib.

Daha əvvəl ABŞ Prezidenti imzaladığı fərmanlarla Meksika körfəzinin və Ontario gölünün adlarını müvafiq olaraq Amerika körfəzi və Amerika gölü olaraq dəyişdirməyi qərara alıb. Xarici dövlət başçısının bu sərəncamları həmin coğrafi obyektlərin ABŞ federal hökuməti tərəfindən və federal xəritələrdə qeyd olunması qaydasını dəyişib.

Bununla belə, Trampın varisləri bu dəyişiklikləri ləğv edən fərmanlar imzalaya bilərlər.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Hörmüz boğazı və daha bir neçə coğrafi adı dəyişdirmişdi.