“Kristal Bakı” 2024-cü ilin mənfəətindən dividend verəcək

“Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib.

Yığıncaq 16 Oktyabr 2026-cı il tarixində, saat 09:00-da Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 113E ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə daxil olan məsələ 2024-cü ilin xalis mənfəətinə əsasən dividendin verilməsidir.

Qeyd edək ki, “Kristal Bakı” ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz).