Azərbaycanda ət və ət məhsulları üzrə özünü təminetmə göstəriciləri açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda heyvandarlıq məhsulları ilə özünü təminetmə səviyyəsində müxtəlif dinamika qeydə alınıb.
Bütün növ ət və ət məhsulları: Ölkə üzrə ümumi özünü təminetmə səviyyəsi 2020-ci ildəki 84,5% göstəricisindən 2025-ci ildə 83,3%-ə enib.
Mal əti və ət məhsulları: Mal əti üzrə təminat göstəricisi 2022-ci ildə 93,0%-ə çatsa da, 2025-ci ilin nəticələrinə əsasən 83,7% təşkil edib.
Qoyun və keçi əti: Bu məhsul qrupunda özünü təminetmə səviyyəsi yüksək sabitliyini qoruyub və 2020–2025-ci illər arasında 94,2% ilə 98,2% aralığında dəyişib.
Quş əti və ət məhsulları: Quş əti üzrə daxili təminat göstəricisi 2020-ci ildəki 79,0%-dən artaraq 2025-ci ildə 81,9%-ə yüksəlib.
Donuz əti və ət məhsulları: Donuz əti üzrə daxili təminat aşağı səviyyədə qalmaqla 2020-ci ildəki 4,7%-dən 2025-ci ildə 4,4%-ə düşüb.