Ukrayna Voronejdə hərbi aerodromu vurdu

Ukrayna Rusiyanın Voronej şəhərində yerləşən “Baltimor” hərbi aerodromuna hava zərbələri endirib.

Bu barədə ASTRA məlumat yayıb.

Voronej səmasında Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən bir neçə reaktiv hava hədəfi aşkarlanaraq məhv edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Qeyd edilib ki, “Baltimor” aerodromunda 47-ci Qvardiya Bombardmançı Aviasiya Alayı yerləşir.

Rusiya Hərbi Hava Qüvvələri 24 fevral 2022-ci ildən etibarən bu aerodromdan Ukrayna ərazisinə hava zərbələri endirmək üçün müntəzəm istifadə edir.