Qara dənizdə azərbaycanlıların olduğu gəmi batdı - Video

Qara dənizdə Rumıniya sahillərində ticarət gəmisi batıb.

Bu barədə “Realitatea Plus” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Rumıniya Hərbi Dəniz Donanması yardım çağırışı alıb.

Gəminin göyərtəsində 10-u ukraynalı, 3-ü Azərbaycan vətəndaşı olmaqla, 13 nəfər olub.

Bir nəfərin öldüyü bildirilib.

Axtarış-xilasetmə işləri davam edir.

Gəminin hansı səbəbdən batması barədə məlumat verilməyib.