XİN başçısı Hindistana səfərə dəvət edildi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistana səfərə dəvət edilib.

Bu barədə Hindistan xarici işlər naziri Subramanyam Caişankar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

“Sizi və nümayəndə heyətinizi Hindistanda görməkdən məmnun olardıq”,- o qeyd edib.