Rusiyanın Krasnoyarsk diyarında ayı hücumu nəticəsində bir nəfər ölüb.
Xarici KİV-ə istinadla, hadisə Rusiyanın Krasnoyarsk diyarının Boquçanski rayonunda yerləşən istehsalat bazasında baş verib.
Məlumata görə, ayı gecə saatlarında bazanın mühafizəçisinə hücum edib. Nəticədə kişi həyatını itirib.
Məlumata görə, hücum edən ayı artıq məhv edilib.