Məşhur yapon yazıçı vəfat etdi

Məşhur yapon yazarı Ryunosuke Murakami vəfat edib.

O, oktyabrın 17-də öz evində 74 yaşında dünyasını dəyişib.

Ryunosuke Murakami yaradıcılığı ərzində 40-dan çox roman yazıb.

Onun ən məşhur əsərləri arasında “Mavi rəngin bütün çalarları”, “Əmanət şkafındakı uşaqlar” və “Miso şorbası” romanları yer alır.

Ədəbiyyat tənqidçiləri onu müharibədən sonrakı Yaponiya ədəbiyyatının radikal səslərindən biri kimi xarakterizə edirlər.

Yazıçı çoxsaylı ədəbi mükafatların da laureatı olub.

Qeyd edək ki, Ryunosuke Murakami tez-tez digər tanınmış yapon yazıçısı Haruki Murakami ilə səhv salınır.