Azərbaycanda təhsil alan Hindistan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Azərbaycanda Hindistandan olan 500 tələbə təhsil alır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat brifinqində bildirib.

"Təhsil, mədəniyyət, idman və turizm Azərbaycan-Hindistan münasibətlərinin mühüm istiqamətləridir. Bu sahələrdə əməkdaşlığın davam etdirilməsi ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir",- nazir vurğulayıb.