MBA-da 24-cü mövsümünü keçirən, bu liqada onlarla rekord müəyyənləşdirən Lebron Ceyms ABŞ prezidentinin qəzəbinə tuş gəlib. Donald Tramp sosial şəbəkə hesabında bunları yazıb: “Milli himnimiz çalınarkən Lebron Ceyms ölkəmizə hörmətsizlik nümayiş etdirdi! Lap əvvəldən onun heç nəyə yaramadığını demişəm. Lebron Ceyms Amerika bayrağı uğrunda ölən bütün böyük Amerika hərbçilərindən və qəhrəmanlarından üzr istəməlidi”.
Trampın “Truth Social” şəbəkəsində yaydığı videoda görünür ki, “Filadelfiya 76”nın ulduzu himn zamanı basketbol və qolf üçün xarakterik olan bəzi hərəkətlər edir.
Lebron da dövlət başçısının ittihamını cavabsız qoymayıb: “Görünür, ofisdə xəbər baxımından darıxdırıcı gündü. Sadəcə, darıxdırıcı gün”.