Milli Məclisdə “Hərbi xidmət haqqında” yeni qanun layihəsinin hazırlanması təklif edilib.
Bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.
O qeyd edib ki, parlamentin iclaslarında “Hərbi xidmətkeçmə haqqında əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna və s. dəyişikliklər edilsə də, yeni qanuna ehtiyac var:
“Vətən müharibəsindən sonra yeni bir qanun layihəsi hazırlanmalı və bu tam o standartlara uyğunlaşmalıdır”.