İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı

Oktyabrın 23-də İrəvanda ağır böyük yol-nəqliyyat hadisəsi baş verib.

“Shamshyan.com” cinayət xəbərləri saytının məlumatına görə, təxminən saat 9:00 radələrində “Hyundai” avtobusu Açaryan küçəsi 61/10 ünvanında yerləşən həyətdə hələ də məlum olmayan səbəblərdən aşıb.

Qəza nəticəsində 11 nəfər xəstəxanalara aparılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Saytın məlumatına görə, avtobus “MLL INDUSTRIAL” MMC-nin qeydiyyatındadır və xəsarət alanların hamısı turistlərdir.

Sürücü ayıqlıq testindən keçirilib və ayıq olduğunu göstərib.