Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının auditoru Hafiz Mahir oğlu İsmayılbəylinin səlahiyyət müddətinin uzadılmasına qərar verilib.
O, parlamentin 22 oktyabr 2019-cu il tarixli qərarına əsasən auditor təyin edilib, eyni zamanda Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.
Hazırda Palatanın 5 auditoru var.